...

2 bağlanmış bankın əmlakları hərraca çıxarılacaq

İqtisadiyyat Materials 4 Fevral 2025 10:54 (UTC +04:00)
2 bağlanmış bankın əmlakları hərraca çıxarılacaq
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 6-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan "Atabank" və "Zamin Bank" ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Trend bu barədə Əmanətlərin Sığortalanması Fonduna istinadən məlumat verir.

Məlumata görə, "Atabank"a məxsus Şirvan şəhəri, Heydər Əliyev prospektində icarədə olan 0.55 ha torpaq sahəsində yerləşən, dəyəri 430 min manat olan 275.7 kv.m əsas, 39 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası və "Zamin Bank"a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 11 ünvanındakı dəyəri 53 min manat olan 41,4 kv.metrlik mənzil hərraca çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti