Bakı. Trend:
Beynəlxalq Muğam Mərkəzində “Əhsən” Televiziya Müsabiqəsi finalçılarından ibarət konsertlər silsiləsindən “Muğam” instrumental ansamblının ( bədii rəhbər tarzən Rəşad İbrahimov) çıxışı təqdim olundu.
Trend xəbər verir ki, proqramda “Çahargah” dəramədi, “Vilayəti” və “Dilkəş” rəngləri ( Əhsən Dadaşov), “Mirzə Hüseyn" dəramədi, “Duyğu, həyəcan və sevinc” kompozisiyası (Rəşad İbrahimov) və digər əsərlər səslənib.
Konsertdə Əməkdar artist Təyyar Bayramov ansambla təbriklərini ünvanlayaraq Əhsən Dadaşovun məşhur “Biri sənsən biri mən” və “Şur” təsnifiniifa edib.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az