...

Azərbaycanla Avstraliya arasında ticarət dövriyyəsi 36 dəfəyə yaxın artıb

İqtisadiyyat Materials 4 Fevral 2025 14:51 (UTC +04:00)
Azərbaycanla Avstraliya arasında ticarət dövriyyəsi 36 dəfəyə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanla Avstraliya arasında ticarət əməliyyatlarının həcmi 1,5 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 35,7 dəfə çoxdur.

Hesabat dövründə Avstraliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,07%-i həcmində olub.

Ötən il Azərbaycan Avstraliyaya 203 min ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2023-cü ildəki göstəriciyə nisbətən 29 milyon ABŞ dolları və ya 144 dəfə azdır.

2024-cü ildə Azərbaycan Avstraliyadan məhsul idxalını illik müqayisədə 1,4 millyard ABŞ dolları və ya 125 dəfədən çox artıraraq 1,5 milyard ABŞ dollarına çatdırıb. Dövr ərzində Avstraliya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 6,95%-ni təşkil edib.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycan xarici ölkələrlə (180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Məlumata görə, bu, 2023-cü ilə nisbətən 3,6 milyard ABŞ dolları və ya 7% azdır.

Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dolları ixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Son 1 ildə ixrac 7,3 milyard ABŞ dolları və ya 21,7% azalıb, idxal isə 3,8 milyard ABŞ dolları və ya 21,8% artıb.

Nəticə etibarilə xarici ticarətdə 5,5 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti