...

Futzal üzrə Azərbaycan millisi növbəti xal itkisi ilə üzləşib

İdman Materials 4 Fevral 2025 21:59 (UTC +04:00)
Futzal üzrə Azərbaycan millisi növbəti xal itkisi ilə üzləşib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futzal üzrə Azərbaycan millisi bu gün AVRO-2026-nın əsas seçmə mərhələsində üçüncü oyununa çıxıb.

Trend xəbər verir ki, yığmamız evdə Yunanıstan komandası ilə qarşılaşıb.

Vitali Borisovun yetirmələri erkən qol vuraraq üstünlük qazansalar da, sonradan təşəbbüsü əldən veriblər və məğlub vəziyyətə düşüblər. Lakin oyunun son dəqiqələrində Yunanıstanın avtoqolu millimizin hesabına bir xal gətirib.

Bu nəticə ilə Azərbaycan millisi 3 oyundan sonra 2 xalla qrupda 3-cü pillədə qərarlaşıb. Komandamız sonuncu yerdə olan İsveçdən bir oyun çox keçirib.

Xəbər lenti

Xəbər lenti