...

S&P Azərbaycan banklarının reytinqini təsdiqləyib

İqtisadiyyat Materials 4 Fevral 2025 13:12 (UTC +04:00)
S&P Azərbaycan banklarının reytinqini təsdiqləyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan banklarının reytinqini təsdiqləyib.

Trend-in agentliyə istinadən məlumatına görə, yerli bankların əsas reytinqi "bb-" səviyyəsində dəyişməz saxlanılıb.

Qeyd olunub ki, tənzimləyicilər banklar üçün yeni korporativ idarəetmə standartını, əlaqəli tərəflərlə əməliyyatları məhdudlaşdıran tənzimləməni və Bazel III tələblərinə uyğunlaşdırılmış likvidlik riskinin idarə edilməsinə dair tənzimləməni qəbul ediblər: “2025-2026-cı illərdə tənzimləyicilərin planına riskə əsaslanan nəzarətə keçid, kapitalın adekvatlığı çərçivəsinin Bazel III tələbinə uyğunlaşdırılması üçün yenidən baxılması və bankların stress-testi üçün tələblərin gücləndirilməsi daxildir”.

“Həm pərakəndə, həm də korporativ kreditlər hesabına Azərbaycan banklarının kredit portfeli 2024-cü ildə təxminən 20% artıb. İnfrastruktur investisiyalarının və əsas siyasət dərəcəsinin azalmasının 2025-2026-cı illər ərzində ikirəqəmli kredit artımı ilə nəticələnə biləcəyini gözləyirik.

Bundan əlavə, biz inflyasiyaya uyğunlaşdırılmış əmlak qiymətlərinin keçən il 10-15% artdığını, bunun ardınca 2025-ci ildə yüksək təkrəqəmli artım gözləntilərimizin olduğunu bildiririk”, - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti