...

Energetika naziri Saatlıda vətəndaşları qəbul edəcək

İqtisadiyyat Materials 4 Fevral 2025 12:32 (UTC +04:00)
Energetika naziri Saatlıda vətəndaşları qəbul edəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov fevralın 28-də Saatlı, Sabirabad, İmişli, Biləsuvar, Hacıqabul rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə Trend nazirliyə istinadən xəbər verir.

Bildiirlib ki, qəbul saat 11:00-dan başlayaraq Saatlı rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ4900, Saatlı şəhəri, Heydər Əliyev meydanı) keçiriləcək.

Qeyd olunub ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: [email protected]), Şirvan filialı (əlaqələndirici şəxs: Ceyhun Rzayev, əlaqə telefonu: (050) 225-34-86, elektron poçt ünvanı: [email protected]) və Lənkəran filialı (əlaqələndirici şəxs: Xəyyam Aydınov, əlaqə telefonu: (050) 305-51-67, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti