...

Donald Tramp Nobel Sülh Mükafatına namizəd göstərilib

Dünya xəbərləri Materials 4 Fevral 2025 22:16 (UTC +04:00)
Donald Tramp Nobel Sülh Mükafatına namizəd göstərilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

Trend xəbər verir ki, namizədliyi Cənubi Koreya Milli Kəşfiyyat Xidmətində Trampın ilk prezidentliyi dövründə yüksək vəzifələrdə çalışmış, hazırda isə Cənubi Koreya parlamentinin kəşfiyyat komitəsinin sədr müavini olan Park Sunq-von təqdim edib.

Bu barədə yerli "Çuqan Çoson" nəşri məlumat yayıb. Bildirilir ki, namizədliyin irəli sürülməsi deputatın şəxsi təşəbbüsüdür.

Məlumata görə, Donald Trampın ilk prezidentlik dövrü tam uğurlu olmasa da, onun Şimali Koreya-ABŞ dialoquna verdiyi töhfə Koreya yarımadasında sülhün bərqərar olmasına müəyyən dərəcədə təsir göstərib.

Xəbər lenti

Xəbər lenti