...

Azad edilmiş Xocalının ilk körpəsi dünyaya gəldi (FOTO)

Cəmiyyət Materials 4 Fevral 2025 09:40 (UTC +04:00)
Azad edilmiş Xocalının ilk körpəsi dünyaya gəldi (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xocalı. Trend:

İşğaldan azad edildikdən sonra Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib.

Trend xəbər verir ki, Xocalı sakini, 1996-ci il təvəllüdlü Sevanə Məmmədovanın dünyaya gətirdiyi ilk övladı oğlandır. Ballıca kəndində dünyaya göz açan körpəyə babası Mehdinin adını veriblər. Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Qeyd edək ki, körpənin atası İlqar Məmmədov Vətən müharibəsinin iştirakçısı, qazi, müharibə veteranıdır. Hazırda ANAMA- da işləyir. Məmmədovlar ailəsi bir müddət əvvəl Ballca kəndinə köçüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti