...

İmişlidə narkokuryerlərdən 12 kiloqram marixuana və metamfetamin aşkarlanıb (FOTO)

Gündəm Materials 4 Fevral 2025 10:09 (UTC +04:00)
İmişlidə narkokuryerlərdən 12 kiloqram marixuana və metamfetamin aşkarlanıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Bakı şəhər sakinləri Anar Qadaşev və Elşad Bağırov rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, onlardan 12 kiloqram marixuana və metamfetamin götürülüb.

Bildirilib ki, araşdırmalarla onların maddi gəlir qarşılığında narkokuryerlik etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, A.Qadaşev və E.Bağırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti