...

İsveçrə Azərbaycandan qeyri-neft məhsulları idxalını 26%-ə yaxın artırıb

İqtisadiyyat Materials 4 Fevral 2025 17:38 (UTC +04:00)
İsveçrə Azərbaycandan qeyri-neft məhsulları idxalını 26%-ə yaxın artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycandan İsveçrəyə 220,4 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 45,1 milyon ABŞ dolları və ya 25,7% çoxdur. Hesabat dövründə İsveçrəyə qeyri-neft məhsulları ixracı Azərbaycanın ümumi ixracının 6,57%-ni təşkil edib.

Eyni zamanda 2024-cü ildə Azərbaycanla İsveçrə arasında ticarət əməliyyatlarının həcmi 464,3 milyon ABŞ dolları təşkil edib. Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 214,9 milyon ABŞ dolları və ya 86,2% çoxdur.

Ötən il Azərbaycandan İsveçrəyə 220,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ildəki göstəriciyə nisbətən 45 milyon ABŞ dolları və ya 25,7% çoxdur. 2024-cü ildə Azərbaycan İsveçrədən məhsul idxalını illik müqayisədə 169,8 milyon ABŞ dolları və ya 3,3 dəfə artıraraq 243,8 milyon ABŞ dollarına çatdırıb.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycan xarici ölkələrlə (180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2023-cü ilə nisbətən 3,6 milyard ABŞ dolları və ya 7% azdır. Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dolları ixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Son 1 ildə ixrac 7,3 milyard ABŞ dolları və ya 21,7% azalıb, idxal isə 3,8 milyard ABŞ dolları və ya 21,8% artıb. Nəticə etibarilə xarici ticarətdə 5,5 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti