Bakı. Trend:
Ötən il Azərbaycandan 2,1 milyon ABŞ dolları dəyərində 1,2 min ton mis filizləri və konsentratları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2023-cü ildəki göstəricidən dəyər ifadəsində 89% və ya 16,9 milyon ABŞ dolları, həcm ifadəsində isə 92,6% və ya 15,4 min ton azdır.
Hesabat dövründə mis filizləri və konsentratları ixracı ölkənin ümumi ixracının 0,07%-ni təşkil edib.
Qeyd edək ki, ötən il Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3% artaraq 3,4 milyard ABŞ dolları təşkil edib.
2024-cü ildə Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-ci il ilə müqayisədə 0,3% artaraq 3,4 milyard ABŞ dolları təşkil edib. 2024-cü ildə yeyinti məhsullarının ixracı 11,3% artaraq 1,03 milyard ABŞ dollarına bərabər olub.