Bakı. Trend:
ABŞ ərazisindən qovulmuş qeyri-qanuni mühacirləri daşıyan ilk təyyarə çərşənbə axşamı Kubanın Quantanamodakı ABŞ hərbi bazasındakı təcridxanaya enib.
Trend xəbər verir ki ,bu barədə Ağ Evin sözçüsü Kerolayn Levit məlumat verib.
O, Fox News-a açıqlamasında bildirib: "Biz daha ABŞ-ın qlobal qeyri-qanuni immiqrasiya ocağına çevrilməsinə icazə verməyəcəyik."
Levit, yeni Amerika administrasiyasının immiqrasiya siyasəti çərçivəsində atılan bu addımı şərh etsə də, nə qədər şəxsin deportasiya edildiyi barədə konkret məlumat verməyib.