...

Reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam şərtləri müəyyənləşir

Cəmiyyət Materials 4 Fevral 2025 14:13 (UTC +04:00)
Reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam şərtləri müəyyənləşir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam şərtləri müəyyənləşdiriləcək.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Reklam haqqında” Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Təklif edilən dəyişikliklə qanuna yeni maddə əlavə edilir və reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam şərtləri bu şəkildə təfsir olunur:

  • Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımı “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydi ilə müşayiət olunmalıdır.
  • Rəqəmsal platforma təsirçisi tərəfindən reklamı həyata keçirilən əmtəənin təqdim edilməsi zamanı reklam materiallarını audio və ya vizual olaraq dəyişən tətbiqlərdən istifadə edildikdə bu barədə reklam istehlakçısı məlumatlandırılmalıdır.
  • Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı reklamverici barədə aşağıdakı məlumatlar verilməlidir:
    - hüquqi şəxsin adı, faktiki ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
    - sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin soyadı, adı, atasının adı, fəaliyyət ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
    - əlaqə məlumatları (telefon və elektron poçt ünvanı).
  • Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı aşağıdakılar qadağan edilir:
    - özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq;
    - reklam daşıyıcısı olan rəqəmsal platforma vasitəsilə reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq.
  • Bu Qanunun 26-1-1 – 26-1.4-cü maddələrində nəzərdə tutulmuş tələblər audiovizual media subyektlərinin reklam daşıyıcısı olan rəqəmsal platformalardakı reklam fəaliyyətlərinə aid edilmir.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti