...

İqtisadiyyata kredit qoyuluşlarının kredit təşkilatları üzrə strukturu açıqlanıb

İqtisadiyyat Materials 4 Fevral 2025 17:10 (UTC +04:00)
İqtisadiyyata kredit qoyuluşlarının kredit təşkilatları üzrə strukturu açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi 29,3 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, ölkə iqtisadiyyatına kredit qoyuluşunun həcmi əvvəlki illə müqayisədə 5,3 milyard manat, yaxud da 22,1% artıb. 2023-cü ildə iqtisadiyyata kredit qoyuluşlarının həcmi 24 milyard manat olub.

Bununla yanaşı, kredit qoyuluşunun 7,1 milyard manatı dövlət banklarının payına düşüb ki, bu da illik müqayisədə 1,6 milyard manat və ya 30,1% artım deməkdir. 2023-cü ildə kredit qoyuluşlarının dövlət banklarına düşən həcmi 5,5 milyard manat təşkil edib.

Bəhs olunan dövrdə iqtisadiyyata kredit qoyuluşlarının 20,3 milyard manatı özəl bankların payına düşüb. Əvvəlki illə müqayisədə özəl bankların payına düşən kredit qoyuluşları 2,6 milyard manat, yaxud da 15% artıb. Belə ki, 2023-cü ildə iqtisadiyyata kredit qoyuluşlarının 17,7 milyard manatı özəl bankların payına düşmüşdü.

Ötən il iqtisadiyyata kredit qoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 1,8 milyard manat olub ki, bu da, illik müqayisədə 1 milyard manat və ya 2,3 dəfə çoxdur. 2023-cü ildə iqtisadiyyata kredit qoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 0,8 milyard manat idi.

Qeyd edək ki, dövlət bankları tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 24,4%-ni, özəl banklar tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 69,4%-ni, bank olmayan kredit təşkilatları tərəfindən qoyulan kredit qoyuluşu ümumi kredit qoyuluşunun 6,2%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti