...

Tibbi sığorta üzrə yığımlar və ödənişlər artıb

İqtisadiyyat Materials 4 Fevral 2025 10:51 (UTC +04:00)
Tibbi sığorta üzrə yığımlar və ödənişlər artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən tibbi sığorta üzrə yığımların həcmi 123,1 milyon manata çatıb.

Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, bu sığorta növü üzrə toplanmış sığorta haqqından 96,6 milyon manat sığorta ödənişi edilib. Edilən sığorta ödənişləri toplanmış sığorta haqqından 26,4 milyon manat və ya 27,4% az olub.

Ötən il tibbi sığorta üzrə yığımlar əvvəlki illə müqayisədə 2,08 milyon manat və ya 1,7% artıb. Bu sığorta növü üzrə ödənişlər isə illik müqayisədə 14,3 milyon manat, yaxud da 17,3% artıb. Belə ki, 2023-cü ildə tibbi sığorta üzrə yığımların həcmi 121 milyon manat, ödənişlərin həcmi isə 82,3 milyon manat olub.

Qeyd edək ki, ötən il ərzində Azərbaycanda sığorta yığımlarının ümumi həcmi 1,3 milyard manat təşkil edib. Bu, 2023-cü ildəki göstəricilərlə müqayisədə 130,6 milyon manat və ya 10,7% çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin etdiyi ödənişlərin ümumi həcmi isə 752,7 milyon manat olub ki, bu da illik müqayisədə 165,4 milyon manat və ya 28,1% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti