Bakı.Trend:
İspaniyada polis dəbdəbəli geyim mağazaları şəbəkəsindən ümumilikdə 84 min ədəd geyim oğurlamış 11 nəfəri saxlayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, oğurlanmış mallar ümumilikdə 1 milyon avro dəyərində olub.
Məlumata görə, oğrular Alikante şəhərində həbs olunublar. Onlardan bəzilərinin nəqliyyat şirkətinin işçiləri olduğu deyilir. Cinayətkarlar “Zara” və “Lefties” mağazalarından oğurladıqları bahalı geyimləri orijinal etiketləri ilə bazar qiymətindən çox ucuz qiymətə küçələrdə satıb.