...

İxrac əməliyyatlarının sektorlar üzrə bölgüsü açıqlanıb

İqtisadiyyat Materials 4 Fevral 2025 13:44 (UTC +04:00)
İxrac əməliyyatlarının sektorlar üzrə bölgüsü açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycandan xaricə 3 min 444 çeşiddə, 26,554 milyard ABŞ dolları dəyərində ixrac əməliyyatı həyata keçirilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, ötən il ixrac əməliyyatlarının böyük qismi (51,57%-i) özəl sektorun payına düşüb. Özəl sektorda ixrac əvvəlki illə müqayisədə 5,068 milyard ABŞ dolları və ya 27% azalaraq 13,693 milyard ABŞ dollarına bərabər olub. 2023-cü ildə özəl sektorda ixrac əməliyyatlarının həcmi 18,762 milyard ABŞ dolları həcmində idi.

Bəhs olunan dövrdə ixrac əməliyyatlarının 12,693 milyard ABŞ dolları və ya (47,8%-i) dövlət sektorunun payına düşüb. Bu sektorda ixrac 2023-cü illə müqayisədə 2,182 milyard ABŞ dolları, yaxud da 14,7% azalıb. Belə ki, 2023-cü ildə dövlət sektorunda ixrac əməliyyatlarının həcmi 14,876 milyard ABŞ dolları təşkil edib.

Ötən il ixrac əməliyyatlarında 0,63%-lik yeri 166,278 milyon ABŞ dolları ixrac həcmi ilə fiziki şəxslər tutub. Fiziki şəxslərin ixrac əməliyyatlarının həcmi əvvəlki illə müqayisədə 93,588 milyon ABŞ dolları və ya 36% azalıb. Əvvəlki ildə fiziki şəxslərin ixrac əməliyyatlarının həcmi 259,866 milyon ABŞ dolları idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti