Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Kir Starmer Brüsseldə NATO-nun Baş katibi Mark Rutte ilə görüşüb.
Trend Baş nazirliyin sözçüsünə istinadla xəbər verir ki, liderlər Avropanın müdafiə və təhlükəsizlik sahəsində üzləşdiyi çağırışları müzakirə ediblər. Baş nazir K. Starmer Böyük Britaniyanın NATO-ya sadiqliyini bir daha vurğulayaraq, Alyansın ölkənin təhlükəsizlik strategiyasının əsas dayağı olduğunu bildirib.
NATO baş katibi Mark Rutte Britaniyanın Ukraynaya verdiyi davamlı dəstəyi yüksək qiymətləndirib. Tərəflər, Rusiyaya qarşı təzyiqin saxlanılması üçün bütün müttəfiqlərin daha çox məsuliyyət daşımalı olduğunu qeyd ediblər.