...

Britaniya baş naziri Ukraynaya yardımları artırmağı tələb edib

Dünya xəbərləri Materials 4 Fevral 2025 15:24 (UTC +04:00)
Britaniya baş naziri Ukraynaya yardımları artırmağı tələb edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Kir Starmer Ukrayna cəbhəsində vəziyyətin sabitləşməsi üçün Kiyevə yardımların həcmini artırmağa çağırıb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Baş nazirin sözlərinə görə, Ukraynanın müttəfiqləri onun müdafiəsinə dəstək olmaq üçün əllərindən gələn hər şeyi etməlidirlər. Belə olacağı təqdirdə, bu cəbhə xəttində vəziyyətin sabitləşməsinə, ukraynalı hərbçilərin lazımı qaydada təlim keçib, bütün lazımı avadanlıqlarla təchiz olunmalarına imkan verəcək.

Britaniyalı baş nazir Avropa ölkələrinin rəhbərlərindən Ukraynaya dəstək üçün səyləri aktivləşdirməyi tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti