...

DYP-dən hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT

Cəmiyyət Materials 4 Fevral 2025 15:19 (UTC +04:00)
DYP-dən hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən fevralın 5-dən 8-dək havanın dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

"Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalının artacağını nəzərə alaraq, sürücülərdən zəruri ehtiyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, səfərləri mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edirik.

Qarlı, buzlu yollarda sürüşmə ehtimalını nəzərə alaraq, piyadalara da ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur",- deyə müraciətdə qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti