...

Qazaxıstanda iğtişaşlarda yoxa çıxmış silahlar aşkarlanıb

Dünya xəbərləri Materials 4 Fevral 2025 13:00 (UTC +04:00)
Qazaxıstanda iğtişaşlarda yoxa çıxmış silahlar aşkarlanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın hüquq mühafizə orqanları 2022-ci ilin yanvar ayında baş vermiş kütləvi iğtişaşlar zamanı oğurlanmış 1 226 ədəd silahı aşkarlayıb.

Trend bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.

Nazirlikdən bildirilib ki, iğtişaşlar zamanı ümilikdə 2 960 ədəd tabel və mülki mənsubiyyəti olan silahlar oğurlanıb.

2022-ci ildən bəri aparılan operativ tədbirlər, axtarışlar və reydlər zamanı Qazaxıstanda ümumilikdə 8 min ədəd odlu və travmatik silah, 112 mindən çox müxtəlif çaplı sursat, 831 qumbara aşkarlanaraq müsadirə olunub.

Qeyd edək ki, 2022-ci ildə Qazaxıstanda kütləvi etiraz aksiyaları baş verib. Janaozen və Aktau şəhərlərində sakinlər maye qazın ikiqat bahalaşmasına qarşı küçələrə axışıb. Sonradan etirazlar digər şəhərlərə, o cümlədən ölkənin keçmiş paytaxtı Almatıya yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti