...

Hədə-qorxu gələrək vətəndaşdan 100 min dollar tələb etdilər - Saxlanıldılar

Hadisə Materials 4 Fevral 2025 16:42 (UTC +04:00)
Hədə-qorxu gələrək vətəndaşdan 100 min dollar tələb etdilər - Saxlanıldılar
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

31 yaşlı Gəncə şəhər sakini iki nəfərin ona hədə-qorxu gələrək 100 000 dollar tələb etməsi barədə polisə müraciət edib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 47 yaşlı H.Həsənov və 42 yaşlı A.Balayev müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla H.Həsənovun üzərinə keçirilən baxış zamanı ondan tramadol həbi və marixuana aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti