Bakı. Trend:
Ötən gün axşam radələrində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə Qazax rayonunun Qazax şəhərində məişət tullantıları qutularının yaxınlığında hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən bildirilib.
Qeyd edilib ki, Agentliyin müvafiq əməliyyat heyəti hadisə
yerinə cəlb olunaraq, əraziyə baxış keçirib. Baxış zamanı 1 ədəd
döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkar edilərək,
zərərsizləşdirilməsi üçün müvafiq əraziyə daşınılıb.