Bakı. Trend:
Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bu barədə Trend-ə tənzimləyici qurumdan məlumat verilib.
Bildirilib ki, hərracda tələb 52,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
Qeyd olunub ki, hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.
Buna qədər isə yanvarın 30-da valyuta hərracı keçirilmişdi. Həmin hərracda tələb 47,4 milyon ABŞ dolları təşkil etmişdi və tam təmin olunmuşdu.