Bakı. Trend:
Bu ilin yanvarın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 14,4 milyard manat təşkil edib.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata görə, əmanətlərin həcmi ötən ilin dekabrın 1-nə nisbətən 426,3 milyon manat və ya 3%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1,7 milyard manat və ya 13,2% artıb.
Bu ilin yanvarın 1-nə fiziki şəxslərin milli valyuta ilə banklarda əmanətlərinin həcmi 9,7 milyard manat, xarici valyuta ilə isə 4,9 milyard manat təşkil edib.
Milli valyuta ilə əmanətlərin həcmi ötən ilin dekabrın 1-i ilə müqayisədə 349,5 milyon manat və ya 3,7%, illik müqayisədə isə 1,1 milyard manat və ya 12,5% artıb.
Xarici valyuta ilə isə bu göstərici ötən ilin dekabrına nisbətən 76,8 milyon manat və ya 1,6%, illik nisbətdə isə 630,2 milyon manat və ya 14,6% artıb.