...

Ermənistanda kütləvi boykot aksiyası davam edir

Dünya xəbərləri Materials 4 Fevral 2025 13:13 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistanın paytaxtı İrəvanda ictimai nəqliyyatda gediş haqlarının bahalaşmasına etiraz olaraq keçirilən kütləvi boykot aksiyası artıq dörd gündür ki, davam edir.

Trend xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayılıb.

Boykotun əsas təşəbbüskarı vətəndaşları gediş haqlarını köhnə qiymətlərlə ödəməyə çağıran “Ana Ermənistan” fraksiyasıdır.

İrəvanın keçmiş meri Ayk Marutyan artıq tələbələrin və işçi sektorun da boykota qoşulduğunu və bu kampaniyanın getdikcə daha da genişlənəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, İrəvanın yerli hökuməti ötən həftə ictimai nəqliyyatda minimum gediş haqqını 100 dramdan 150 drama qaldırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti