Bakı. Trend:
Ötən il Azərbaycanda 352,4 min ton polad tökmə istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2023-cü ildəki göstərici ilə müqayisədə 28,9 min ton və ya 8,9% çoxdur.
Bu ilin yanvarın 1-nə ölkədə hazır məhsul ehtiyatı 1,4 min ton təşkil edib.
Eyni zamanda 2024-cü ildə Azərbaycanda 438,6 min ton armatur istehsal edilib ki, bu da illik müqayisədə 97,8 min ton və ya 28,7% artım deməkdir.
Cari ilin yanvarın 1-nə ölkədə hazır məhsul ehtiyatı 23,8 min ton təşkil edib.
Qeyd edək ki, 2024-cü ildə metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 1,3 milyard manatlıq məhsul istehsal olunub. Hazır metal məmulatlarının istehsalı sahəsində 38,9%, metallurgiya sənayesi məhsullarının istehsalında isə 27,1% artım müşahidə olunub.
2024-сü ildə metallurgiya sənayesi üzrə mis məftilin istehsalı 5,5 dəfə, alüminium məmulatlarının istehsalı 72,1%, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı 20,%, izolyasiyası olmayan çoxnaqilli məftil, troslar və oxşar məmulatların istehsalı isə 17,9% artıb.