...

Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb

İqtisadiyyat Materials 4 Fevral 2025 11:33 (UTC +04:00)
Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən 2025-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.

Trend bu barədə İKZF-na istinadən xəbər verir.

Məlumata görə, vətəndaşlardan müraciətlərin qəbuluna adi ipoteka kreditləri üzrə 6 fevral saat 10:00-dan etibarən, güzəştli ipoteka kreditləri üzrə 7 fevral 10:00-dan etibarən baxılacaq.

Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət “sistemi (www.e-gov.az) üzərindən SİMA Token (Elektron İmza) və ya Asan İmza vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, elektron sistemdə aparılmış təhlükəsizlik tədbirləri ilə əlaqədar elektron müraciətlərin kompüterlər (PC) və ya notebook vasitəsilə (touchscreen funksionallığından istifadə edilməməklə) həyata keçirilməsi tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti