Bakı. Trend:
Çin volfram, tellur, bismut, molibden və indiuma ixracat nəzarəti tətbiq edib.
Trend xarici KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Çinin Kommersiya Nazirliyi məlumat yayıb.
Məlumata görə, Pekin milli təhlükəsizliyi və maraqlarını qorumaq məqsədilə, o cümlədən beynəlxalq öhdəliklərini yerinə getirmək üçün müvafiq qərar qəbul edib.
Hökumətin qərarına əsasən, bu metalların ixracatçıları bundan sonra ÇXR-nın Dövlət Şurasının Kommersiya departamentindən müvafiq lisenziya əldə etməli olacaq.
Qeyd edilir ki, bundan əvvəl Çin Dövlət Şurasının Tarifləşdirmə və Təsnifat komitəsi Vaşinqtonun sərt tarif siyasətinə cavab olaraq ABŞ-dən idxal olunan daş kömürə, sıxılmış təbii qaza, neftə və kənd təsərrüfatı məhsullarına 10-15 faizlik rüsumun tətbiq edilməsi ilə bağlı qərar qəbul etmişdi.