...

Azərbaycanda son 10 ildə pul bazası və valyuta ehtiyatlarının həcmi - CƏDVƏL

İqtisadiyyat Materials 4 Fevral 2025 12:50 (UTC +04:00)
Azərbaycanda son 10 ildə pul bazası və valyuta ehtiyatlarının həcmi - CƏDVƏL
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il fevralın 1-nə Azərbaycanda pul bazası 20,124 milyard manat, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları isə 10,988 milyard ABŞ dolları təşkil edib.

Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, pul bazası son bir ildə 0,7% və ya 147 milyon manat, Mərkəzi Bankın valyuta ehtiyatları 5,6%, yaxud da 649 milyon ABŞ dolları azalıb.

Qeyd edək ki, son 10 ildə Azərbaycanda pul bazası 14,337 milyard manat (3,5 dəfə), Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları isə 6,590 milyard ABŞ dolları (2,5 dəfə) artıb. Belə ki, 2016-cı ilin fevralın 1-nə Azərbaycanda pul bazasının həcmi 5,787 milyard manat, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 4,398 milyard ABŞ dolları olub.

Azərbaycanda son 10 ildə pul bazasının göstəriciləri:

Pul bazasının həcmi Tarix
20,124 milyard manat 31.01.2025
20,271 milyard manat 31.01.2024
16,885 milyard manat 31.01.2023
14,044 milyard manat 31.01.2022
12,782 milyard manat 29.01.2021
11,543 milyard manat 31.01.2020
8,709 milyard manat 31.01.2019
8,761 milyard manat 31.01.2018
7,331 milyard manat 31.01.2017
5,787 milyard manat 29.01.2016

Azərbaycan Mərkəzi Bankının son 10 ildə valyuta ehtiyatlarının göstəriciləri:

Valyuta ehtiyatlarının həcmi Tarix
10,988 milyard ABŞ dolları 31.01.2025
11,637 milyard ABŞ dolları 31.01.2024
9,061 milyard ABŞ dolları 31.01.2023
7,074 milyard ABŞ dolları 31.01.2022
6,365 milyard ABŞ dolları 29.01.2021
6,340 milyard ABŞ dolları 31.01.2020
5,656 milyard ABŞ dolları 31.01.2019
5,381 milyard ABŞ dolları 31.01.2018
4,327 milyard ABŞ dolları 31.01.2017
4,398 milyard ABŞ dolları 29.01.2016
Məqalədə:
Xəbər lenti

Xəbər lenti