Bakı. Trend:
2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına mebel ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 1,4 faiz artaraq, 609 min 821 dollara bərabər olub.
Trend xəbər verir ki. bu barədə TurkicWhttp://turkic.world/az/orld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 7 milyon 902 min 80 dollar məbləğində mebel ixrac edib.
Qeyd edək ki, keçən ilin dekabr ayında Türkiyə 709 milyon 537 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 5,2 faiz çoxdur.
Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,9 faiz artaraq, 7 milyard 895 milyon 355 min dollara bərabər olub.