...

Bakı Limanının ikinci fazası üzrə görülən işlər açıqlanıb

İqtisadiyyat Materials 4 Fevral 2025 13:14 (UTC +04:00)
Bakı Limanının ikinci fazası üzrə görülən işlər açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Limanının ikinci fazasının icrası ilə limanın illik yükaşırma gücü 25 milyon ton, o cümlədən 500 min TEU konteyner olacaq.

Bu sözləri Trend-ə müsahibəsində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji Planlaşdırma və İnkişaf Departamentinin müdiri Xudayar Həsənli deyib.

Departament rəhbəri Bakı Limanının ikinci fazası üzrə görülən işlərdən danışıb. O bildirib ki, hazırda ikinci faza üzrə texniki-iqtisadi əsaslandırma və Master Plan hazırlanıb: “Bakı Limanı iki fazadan ibarətdir. İlk faza 15 milyon ton yük, o cümlədən 100 min TEU ekvivalentində konteynerdən ibarətdir, ikinci fazanın icrası ilə 25 milyon ton yük, o cümlədən 500 min TEU konteyneri aşırmaq mümkün olacaq. Hazırda ikinci faza üzrə texniki-iqtisadi əsaslandırma və Master Plan hazırlanıb. Onun maliyyələşməsi ilə bağlı proseslər davam edir”.

“Bununla yanaşı, yaxın gələcəkdə Xəzər dənizində gəmi sayını da artırmağa ehtiyac yaranacaq. O cümlədən 5 il ərzində Xəzər dənizində daha böyük konteyner daşıyan gəmilərə də ehtiyac olacaq. Bu sahədə özəl sektorun iştirak payının artırılması və təşviqi üçün də qiymətləndirmələr aparmağa ehtiyac vardır”, - deyə X. Həsənli qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti