...

Almaniyada yaşayan soydaşımız ABŞ Senatına müraciət edib (FOTO)

Siyasət Materials 4 Fevral 2025 13:31 (UTC +04:00)
Almaniyada yaşayan soydaşımız ABŞ Senatına müraciət edib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Herford şəhərində yaşayan, beynəlxalq hüquq üzrə ekspert Asəf Askar senator Bob Menendezin Azərbaycanla bağlı apardığı çirkin kampaniyanın daha dərindən araşdırılması üçün ABŞ Senatına müraciət edib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, müraciətdə Bob Menendezin xarici siyasət, insan haqları və korrupsiyaya qarşı mübarizə mövzularından siyasi alət kimi istifadə etdiyi vurğulanıb.

Həmçinin müraciətdə Bob Menendezin yalnız Azərbaycan və Türkiyəyə qarşı qərəzli mövqe tutmaqla kifayətlənmədiyi, eyni zamanda ABŞ-ın öz milli maraqlarını da şəxsi mənfəətinə qurban verdiyi qeyd olunub.

Beynəlxalq hüquq üzrə ekspert Asəf Askar müraciətində xüsusi araşdırma komissiyasının yaradılmasını xahiş edib. ABŞ Konqresinin bu araşdırma nəticəsində daha ciddi korrupsiya faktlarını ortaya çıxaracağını bildirib.

Qeyd edilib ki, Bob Menendez ABŞ Nümayəndələr Palatasının üzvü, ABŞ Senatının üzvü, Senatda Xarici Əlaqələr Komitəsinin sədri kimi fəaliyyət göstərib. 2025-ci ilin yanvar ayında korrupsiya və rüşvətxorluq ittihamları əsasında 11 il həbs cəzasına məhkum edilib. O, siyasi fəaliyyəti boyu Ermənistanın maraqlarını açıq şəkildə dəstəkləyib və Azərbaycana qarşı düşmən mövqedə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti