...

İnsan 18 yaşına qədər oyun oynaya bilər - Psixoloq

Gündəm Materials 4 Fevral 2025 11:09 (UTC +04:00)
İnsan 18 yaşına qədər oyun oynaya bilər - Psixoloq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Oyuncaqlarla ənənəvi oyunlar uşaqların sosial, motor və emosional bacarıqlarının inkişafında və formalaşmasında həm əsas vasitə, həm də stimullaşdırıcı prosesdir.

Trend xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da psixoloq Elnarə Baxışlı açıqlayıb.

Onun sözlərinə görə, son dövrlərdə telefon, televizor kimi texnoloji vasitələrin uşaqların həyatına erkən daxil olması ənənəvi oyun prosesini azaldıb:

“Əgər əvvəllər uşaqlar 10-11 yaşına kimi oyun oynayırdılarsa, indi 5-6 yaşlarında artıq oyuncaqlardan uzaqlaşırlar. Buna ilkin səbəb müasir texnologiyadırsa, valideynlər digər səbəb kimi uşaqların məktəbə getməsi ilə əlaqələndirirlər. Bəzi valideynlər düşünürlər ki, məktəbə gedən uşağın oynamağa vaxt sərf etməsi itkidən başqa bir şey deyil. Halbuki, uşaqların yaşına görə nəzərə alsaq bu yaş dövrləri üçün müxtəlif, maraqlı, stolüstü, yaradıcı və təcrübə xarakterli oyunlar vardır. Ümumilikdə, insan 18 yaşına qədər də oyun oynaya bilər”.

Psixoloq sonda qeyd edib ki, bura mürəkkəb məzmunlu oyunlar, idman oyunları, məntiq oyunları, konstruktor tipli oyunları da aid edə bilərik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti