...

Keçən il Türkiyənin Ambarlı limanı 19 milyon tona yaxın yük qəbul edib

Dünya xəbərləri Materials 4 Fevral 2025 14:04 (UTC +04:00)

Bakı. Trend:

Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin Ambarlı limanı 18 milyon 918 min 968 ton yük qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Ambarlı limanından Türkiyə bayrağı altında üzən 3 milyon 246 min 347 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 15 milyon 672 min 621 ton yük daşınıb.
Keçən ilin yanvar-dekabr aylarında Ambarlı limanından 9 milyon 17 min 668 ton tranzit yük aşırılıb.

Qeyd edək ki, bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 30 milyon 59 min 943 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 369 milyon 354 min 614 ton olub”, – deyə nazirlikdən bildirilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin dekabr ayında Türkiyə limanları 35 milyon 543 min 549 ton yük qəbul edib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 2 milyon 585 min 922 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 32 milyon 957 min 627 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanlarından 69 milyon 64 min 361 ton transit yük daşınıb.

Bununla yanaşı, 2024-cü ilin dekabr ayında Türkiyə limanlarından 5 milyon 539 min 643 ton transit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanları 60 min 594 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 39 min 600, Türkiyə bayrağı altında olan gəmilər isə 20 min 994 olub”, – deyə nazirlikdən bildirilib.

2024-cü ilin dekabr ayında Türkiyə limanları 4 min 505 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin 3 min 42, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 463 olub.

Xəbər lenti

Xəbər lenti