...

Azərbaycan pambıq ipliyi istehsalını 41%-dən çox artırıb

İqtisadiyyat Materials 4 Fevral 2025 10:53 (UTC +04:00)
Azərbaycan pambıq ipliyi istehsalını 41%-dən çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda 18 454 tondan çox pambıq ipliyi istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2023-cü ildəki göstərici ilə müqayisədə 5 412 ton və ya 41,5% çoxdur.

Qeyd edək ki, ötən il Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı sahələrində 551,4 milyon manat dəyərində məhsul istehsal edilib.

Məlumata görə, 2023-cü illə müqayisədə geyim istehsalında 24,7%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalında 9,3%, toxuculuq sənayesində isə 0,9% artım müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti