Bakı. Trend:
Hal-hazırda ABŞ-nin Kubada yerləşən Quantanamo hərbi bazasında 300-dən çox hərbçi var və onlar qanunsuz miqrantların saxlanılması üçün nəzərdə tutulan mərkəzin hazırlanmasında iştirak edirlər.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, 310 hərbçi, o cümlədən 170 dəniz piyadaları korpusunun hərbi qulluqçuları bazanın ərazisində çadırlar və çarpayılar quracaq və miqrantların saxlanılması üçün nəzərdə tutulan infrastruktur obyektlərinin yaradılmasına cəlb olunacaqlar.
Qeyd edilir ki, bundan əvvəl ölkənin yerli KİV-ləri qanunsuz miqrantların müvəqqəti saxlanılma mərkəzinin işlək vəziyyətə gətirilməsi üçün Pentaqonun Quantamoya 500-ə yaxın hərbçi göndərəcəyini yazmışdı.