Bakı. Trend:
Ötən il Azərbaycanda 652,3 min ton karbamid istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2023-cü ildəki göstərici ilə müqayisədə 198,7 min ton və ya 43,8% çoxdur.
Belə ki, 2023-cü ildə ölkədə 453,6 min ton karbamid istehsal olunmuşdu.
Bu ilin yanvarın 1-nə Azərbaycanda hazır məhsul ehtiyatı 74,5 min ton təşkil edib ki, bu da illik müqayisədə 19,2 min ton və ya 34,7% çoxdur.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2,1 milyard manatlıq məhsul istehsal edilib.
2023-cü illə müqayisədə əczaçılıq məhsullarının istehsalı 81,5%, rezin və plastik kütlə məmulatlarının istehsalı 18%, kimya sənayesi məhsullarının istehsalı isə 6,5% artıb. Kimya sənayesi məhsullarından azot istehsalı 11,6%, metanol istehsalı 4,4%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 2,9 dəfə, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr istehsalı 40,3%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 22,6%, polietilendən kisə və çantalar istehsalı isə 5,9% artıb.