...

Çin “Google” şirkətinə qarşı istintaq başladıb

Dünya xəbərləri Materials 4 Fevral 2025 19:46 (UTC +04:00)
Çin “Google” şirkətinə qarşı istintaq başladıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Çində “Google” şirkətinə qarşı anti-inhisar istintaqı başladılıb.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Çinin Bazarın Nizamlanması üzrə Dövlət İdarəsi bəyanat yayıb.

“Çin Xalq Respublikasının anti-inhisar qanununu pozması ilə bağlı şübhələr yarandığından ÇXR-nın Bazarın Nizamlanması və Nəzarət Baş Dövlət İdarəsi “Google” şirkətinə qarşı istintaq başladıb”, - bəyanatda qeyd olunur.

Bəyanatda şirkətin konkret hansı qanunpozuntusuna yol verdiyi ilə bağlı məlumat verilmir.

Qeyd edək ki, Çində adı çəkilən korporasiyanın “Gmail”, “Google Maps”, “Google Play” və “YouTube” xidmətləri bloklanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti