Bakı. Trend:
Meksika Prezidenti Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) barədə sərt açıqlama verib.
Trend xəbər verir ki, "Agentlik digər ölkələrin daxili işlərinə müdaxilə etdiyi üçün bağlanmalıdır", - deyə o, bildirib.
"USAID ilə bağlı o qədər çox məsələ var ki, o, həqiqətən də, bağlanmalıdır. Bu qurum tədqiqat layihələrindən tutmuş hökumətlərdəki müxalifət qruplarına qədər hər şeyi maliyyələşdirir. Meksikada fəaliyyət göstərən 'Korrupsiya üçün meksikalılar' təşkilatının USAID-dən dəstək aldığı sübut olunub. Bu agentlik niyə siyasətə qarışır?" – deyə Şeynbaum vurğulayıb.
Meksika liderinin fikrincə, ABŞ başqa ölkələrə yardım göstərmək istəyirsə, daha şəffaf və açıq kanallar yaratmalıdır.
Qeyd edək ki, ABŞ administrasiyası USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. Prezident Donald Trampın qərarı ilə bu strukturun müvəqqəti rəhbəri vəzifəsinə ABŞ dövlət katibi Marko Rubio təyin edilib.