...

Qəbələdə hovuzda boğularaq öldüyü ehtimal edilən yeniyetmənin atası hadisənin təfərrüatlarından danışıb (FOTO)

Hadisə Materials 4 Fevral 2025 18:33 (UTC +04:00)
Qəbələdə hovuzda boğularaq öldüyü ehtimal edilən yeniyetmənin atası hadisənin təfərrüatlarından danışıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Fevralın 1-i 2025-ci il tarixində Qəbələ rayonunun Vəndam qəsəbəsində hovuzda boğularaq öldüyü ehtimal olunan Ağcabədi rayon sakini, 15 yaşlı Hüseyn Hüseynovun ailə üzvləri hadisə ilə bağlı sosial şəbəkələrdə və bəzi xəbər saytlarında yayılan yalnış xəbərlərdən narahatdırlar.

Baş vermiş hadisə ilə bağlı mərhum yeniyetmənin atası Azər Hüseynov Trend-in bölgə müxbirinə açıqlamasında bildirib ki, onun oğlu Qəbələyə ailə üzvləri ilə deyil, məşqçi müəllimi və məşq yoldaşlarıilə birlikdə gedib.

"Bütün xəbər saytları yazır ki, o ailəsi ilə istirahətə gedib, orada hovuzda boğulub. Bu, belə deyil. Hüseyn güləş idman növü ilə məşğul olub. O, Qəbələyə yarışa hazırlıq üçün təlim keçmək məqsədilə müəllimi və məşq yoldaşları ilə birlikdə gedib", - o əlavə edib.

Mərhumun atası vurğulayıb ki, onun oğlu sağlam uşaq olub.

"İcazələr alındıqdan sonra mən uşağımın cəsədinə baxmışam. Onun üzərində hər hansı iz olmayıb. Hüseyn müəllimi və məşq yoldaşları ilə olub, onlar hovuzda çimiblər. Müəllimi günahlandırmıram. Müəllim o uşaqların içində Hüseyni balaca qardaşı kimi sevib. Daha sonra müəllim oradan gedib, uşaqlar isə hovuzda bir az da qalmaq istəyiblər. Bu da uşaqların mənə dediyi sözdür. Onlar sonra çıxıb gəliblər və görüblər ki, Hüseyn yoxdur. Onu axtarıblar və hovuzda olduğunu, vəfat etdiyini görüblər. Sizdən xahiş edirəm ki, bu məlumatlar düzgün çatdırılsın", - A. Hüseynov bildirib.

Qeyd edək ki, fevralın 1-i saat 22 radələrində Ağcabədi rayon sakini 2010-cu il təvəllüdlü Hüseyn Azər oğlu Hüseynovun cansız bədəni, Qəbələnin Vəndam kəndində yerləşən A-Frame istirahət evinin hovuzunda tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti