...

Xətai rayonunda şübhəli əşya aşkar edilib - içərisindən məktəb ləvazimatları çıxıb (FOTO/VİDEO)

Hadisə Materials 4 Fevral 2025 21:26 (UTC +04:00)
Xətai rayonunda şübhəli əşya aşkar edilib - içərisindən məktəb ləvazimatları çıxıb (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, "Əhmədli" metrostansiyasının yaxınlığında şübhəli əşya aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu xüsusi təlim görmüş itlə hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra avtobus dayanacağında aşkar edilmiş şübhə doğuran məktəbli çantasına xüsusi təlim görmüş itin tətbiqi ilə keçirilmiş baxış zamanı çantanın içərisində məktəb ləvazimatlarının olduğu müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti