...

Azərbaycan millisi Belarusda yoxlama oyunu keçirdi

İdman Materials 4 Fevral 2025 19:02 (UTC +04:00)
Azərbaycan millisi Belarusda yoxlama oyunu keçirdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununu keçirib.

AFFA-dan Trend-ə verilən məlumata görə, U-19 Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 6-da baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti