...

Pamela Bondi ABŞ-nin baş prokuroru və ədliyyə naziri vəzifəsinə təsdiqləndi

Dünya xəbərləri Materials 5 Fevral 2025 06:59 (UTC +04:00)
Pamela Bondi ABŞ-nin baş prokuroru və ədliyyə naziri vəzifəsinə təsdiqləndi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Senatı Prezident Donald Trampın Pamela Bondini ölkənin baş prokuroru və ədliyyə naziri vəzifəsinə namizədliyini təsdiqləyib.

Trend-in CNN-ə istinadən verdiyi məlumata görə, səsvermə nəticəsində Bondi səs çoxluğu ilə bu vəzifəyə təsdiq olunub. Belə ki, 100 senatorun 54-ü onun lehinə səs verib.

Qeyd edək ki, əvvəlcə Prezident Tramp bu posta Florida ştatından olan konqresmen Mett Getsi namizəd kimi nəzərdən keçirmişdi. Lakin Gets cinsi təcavüz ittihamları ilə üzləşdiyi üçün öz namizədliyini geri götürüb. Pamela Bondi isə 2019-cu ildə Trampın birinci impiçment cəhdində onun müdafiəsində mühüm rol oynamış Floridanın keçmiş baş prokurorudur.

Xəbər lenti

Xəbər lenti