...

USAID işçiləri məzuniyyətə göndərib

Dünya xəbərləri Materials 5 Fevral 2025 09:00 (UTC +04:00)
USAID işçiləri məzuniyyətə göndərib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) bütün ölkələrdəki vacib olmayan əməkdaşlarını məzuniyyətə göndərib.

Trend-in məlumatına görə, bu barədə təşkilatın rəsmi saytında elan yerləşdirilib.

Məlumata əsasən, işini davam etdirəcək əməkdaşlara fevralın 6-dək məlumat veriləcək. Xaricə ezam olunmuş əməkdaşlara isə geri qayıtmaq üçün 30 gün vaxt verilib.

Qeyd edək ki, USAID-in saytı bir neçə gündür fəaliyyətini dayandırıb və hazırda orada yalnız bu elan yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti