...

Nissan və Honda-nın birləşmə planları dayandırılır

Dünya xəbərləri Materials 5 Fevral 2025 08:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın nəhəng avtomobil istehsalçıları Nissan Motor və Honda Motor arasında planlaşdırılan birləşmə müzakirələri dayanmaq üzrədir.

Trend-in məlumatına görə, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Başlanğıcda tərəflərin birgə holdinq yaradaraq bizneslərini birləşdirməsi nəzərdə tutulurdu. Lakin son məlumata görə, Honda Nissan-a onun törəmə şirkəti olmağı təklif edib ki, bu da Nissan rəhbərliyində ciddi narazılıq doğurub. Nəticədə inteqrasiya danışıqları təhlükə altına düşüb. Nissan hesab edir ki, hər iki tərəf üçün məqbul şərtlərə nail olmaq “faktiki olaraq mümkün olmayacaq”.

Mütəxəssislər bu ittifaqın, əsasən, elektrikli avtomobil sektorunda Çin istehsalçıları ilə güclənən rəqabətə cavab olaraq nəzərdə tutulduğunu bildirirlər. Əgər birləşmə baş tutsaydı, yeni korporasiya qlobal avtomobil sənayesində Yaponiyanın Toyota və Almaniyanın Volkswagen şirkətlərindən sonra üçüncü ən böyük şirkətə çevriləcəkdi.

Xəbər lenti

Xəbər lenti