...

SOCAR-ın dənizdə yerləşən bir sıra istehsalat sahələrindən təxliyələr olunub

Energetika Materials 5 Fevral 2025 09:33 (UTC +04:00)
SOCAR-ın dənizdə yerləşən bir sıra istehsalat sahələrindən təxliyələr olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar SOCAR-ın “Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə Trend-ə SOCAR-dan bildirilib.

Qeyd olunub ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

"Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, dənizdə yerləşən bir sıra istehsalat sahələrindən təxliyələr olunub, mövcud vəziyyət nəzarətdə saxlanılır", - məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti