...

Yardımlıda əməliyyat keçirildi - Saxlanılanlar var (FOTO)

Hadisə Materials 5 Fevral 2025 09:09 (UTC +04:00)
Yardımlıda əməliyyat keçirildi - Saxlanılanlar var (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yardımlıda keçirilən əməliyyat zamanı 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək istəyən şəxslər ifşa ediliblər.

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 39 yaşlı Elvin Novruzov və əvvəllər məhkum olunmuş 36 yaşlı Əlövsət Mustafayev saxlanılıblar. Onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri ümumilikdə 20 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti