...

“Milan” Joao Feliksi transfer edib

İdman Materials 5 Fevral 2025 08:55 (UTC +04:00)
“Milan” Joao Feliksi transfer edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Milan" İngiltərənin “Çelsi” klubundan portuqaliyalı hücumçu Joao Feliksi transfer edib.

Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, futbolçu mövsümün sonuna kimi “Milan”ın şərəfini qoruyacaq. Transfer müqaviləsinə əsasən, İtaliya təmsilçisi “Çelsi”yə 5,5 milyon avro ödəniş edəcək.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü Joao Feliks bu mövsüm “Çelsi”nin heyətində keçirdiyi 20 matçda 7 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti