...

Donald Tramp ABŞ-nin Qəzza zolağı üzərində idarəçiliyi ələ alacağını açıqlayıb

Dünya xəbərləri Materials 5 Fevral 2025 07:45 (UTC +04:00)
Donald Tramp ABŞ-nin Qəzza zolağı üzərində idarəçiliyi ələ alacağını açıqlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Qəzza zolağı üzərində idarəçiliyi üzərinə götürmək niyyətində olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə Tramp Vaşinqtonda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edib.

“Biz bu ərazidə idarəçiliyi üzərimizə götürəcəyik və oradakı təhlükəli partlamamış bombaların və digər silahların zərərsizləşdirilməsinə görə məsuliyyət daşıyacağıq”, - deyə Tramp vurğulayıb.

Prezident əlavə edib ki, ABŞ dağıdılmış binaların bərpasını həyata keçirəcək, eləcə də bölgədə saysız iş yerləri və yaşayış məkanları yaradaraq iqtisadi inkişafı təmin edəcək.

Qeyd edək ki, Tramp bu gün fələstinliləri "xoşbəxt ola biləcəkləri və güllələnməyəcəkləri evlərə köçməklə" Qəzzanı tərk etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti